Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb

Qafar Ağayev12:34 - 27 / 08 / 2024
Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb

Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər