PAŞA Holding “INMerge” İnnovasiya Sammitini təşkil edir | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding “INMerge” İnnovasiya Sammitini təşkil edir

Qafar Ağayev15:46 - 30 / 08 / 2024
PAŞA Holding “INMerge” İnnovasiya Sammitini təşkil edir

Bir müddət öncə qeyd edilən kimi, "INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.

1news.az xəbər verir ki, Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Bu il "INMerge” İnnovasiya Sammit tədbirində “YouTube”un həmtəsisçisi Steve Chen iştirak edəcək. Eləcə də, təsdiqlənmiş spikerlar arasında “Amazon”un vitse-prezidenti və CTO-su Werner Vogels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivy də var. Bununla yanaşı, "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetin professoru Ilya Strebulaev və “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes Hummer də spikerlər siyahısına qoşuldular.

Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı dirertor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və“4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Qeyd edək ki, bu il sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.

Biletləri www.inmerge.az ünvanından əldə etmək olar. Ətraflı məlumat və biletləri əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.

Paylaş:
184

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər