Ukrayna Prezidentinə yeni müşavir təyin edilib | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Prezidentinə yeni müşavir təyin edilib

Qafar Ağayev11:13 - 09 / 09 / 2024
Ukrayna Prezidentinə yeni müşavir təyin edilib

Ukrayna Prezidenti Vladimir Zelenski, Strateji Sənayelər naziri Aleksandr Kamışini müşavir olaraq təyin edib.

1news.az xəbər verir ki, son günlərdə Ukraynada Strateji Sənayelər naziri Aleksandr Kamışin istefa vermişdi. Kamışinin yeni vəzifəsi məlum oldu. Zelenskiy, Kamışini strateji məsələlərdən məsul müşavir olaraq təyin edib. Kamışin təyin olunandan sonra verdiyi açıqlamada, "Müdafiə sənayesində işləməyə davam edəcəyəm" dedi.

Kamışinlə yanaşı, keçən həftə istefa verənlər arasında Ukrayna Xarici İşlər naziri vəzifəsini icra edən Dmitro Kuleba, Ədliyyə naziri Denys Malyuska və Ətraf Mühit naziri Ruslan Strilets də yer alırdı.

Kulebanın yerinə daha sonra Andriy Sybiha Xarici İşlər naziri olaraq təyin edilmişdi.

Paylaş:
1342

Son xəbərlər

Bütün xəbərlər