Bakı Təşəbbüs Qrupu bəyanat yaydı | 1news.az | Xəbərlər
Siyasət

Bakı Təşəbbüs Qrupu bəyanat yaydı

Qafar Ağayev11:05 - 16 / 09 / 2024
Bakı Təşəbbüs Qrupu bəyanat yaydı

Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edir.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında qeyd edilib.

Məlumata görə, Niderland hökuməti ölkə parlamentinə yeni proqram təqdim edib. Proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunub və indi parlamentdə müzakirə olunmalı və təsdiq edilməlidir:

“Əsrlər boyu müstəmləkəçi ölkə olan Niderlandın gec də olsa, əsarət altında saxladığı xalqların azadlığına hörmət edəcəyini və özündən on min km-lərlə uzaqlıqda yerləşən ərazilərin müstəqil yaşaması üçün tətbiq etdiyi maneələri aradan qaldıracağına dair cüzi də olsa gözləntilərimiz özünü doğrultmadı.

Niderlandın yeni hökumətini formalaşdıran Azdalıq partiyası, Azadlıq və Demokratiya naminə Xalq partiyası, Yeni Sosial Müqavilə və Fermerlər və Vətəndaşlar Hərəkatı nizamnamələrində “azadlıq” uğrunda mübarizə apardıqlarını yazsalar da, Karib hövzəsində yerləşən 6 dövlətin - Aruba, Kürasao, Seint Maartən, Bonayre, Seint Eustatius və Saba adalarının xalqlarının azadlıqlarını boğmaqda davam edirlər.

Hökumətin təqdim etdiyi yeni proqramda iddia olunur ki, Bonayre, Seint Eustatius, Saba adalarında yaxşı idarəetmə və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, adaların rifahının artırılmasına yönəlmiş qanunvericilik və strateji təşəbbüslər həyata keçirəcək. Bunun üçün Ümumi İdarəetmə Qanunu hazırlanacaq ki, bu yanaşma “riayət et və izah et” prinsipinin tətbiqini nəzərdə tutur.

Beləliklə Niderlandın sağçı-millətçi yeni Nazirlər Kabineti özündən əvvəlki hökumətin koloniyal siyasətini davam etdirməyə hazırlaşır. Hökumət bu adaların bəzilərinin avtonom statusa malik olduğunu iddia etsə də, əslində isə bu ərazilər tamamilə Niderland Krallığından asılı vəziyyətə salınıb. Hətta bu adalar BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılıb.

Niderland müstəmləkələrindəki real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu ilin 22 avqust tarixində Bakıda Bonayre adasına həsr edilmiş “Bonaıre’s Pathway From Baku Through Un General Assembly To Self-Determınatıon” adlı beynəlxalq konfrans keçirilib.

Azadlıqları uğrunda mübarizə aparan bu xalqlar, xüsusən də Bonayre adası BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bu ilin oktyabrında BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.

Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edir”.

Paylaş:
209

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər