Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu

17:45 - 19 / 09 / 2024
Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin Qlobal Hava Yükdaşıma Partnyoru kimi iştirakını fəxrlə elan edir.

Bu tərəfdaşlıq aviaşirkətin davamlılığa və ekoloji məsuliyyətə olan sadiqliyini vurğulayır, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə səyləri ilə uyğunlaşır və eyni zamanda Azərbaycanın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan etməsinə müvafiqdir.

“Yaşıl dünya naminə həmrəylik ili” ətraf mühitin qorunmasını dəstəkləyən bir sıra təşəbbüsləri əhatə edir və Azərbaycan xalqının davamlı inkişafa olan sadiqliyini nümayiş etdirir. Silk Way West Airlines bu təşəbbüsləri tam dəstəkləyir və ölkənin daha yaşıl gələcəyə dair baxışları ilə tam uyğun olduğunu bir daha təsdiqləyir.

Qlobal Hava Yükdaşıma Partnyoru kimi Silk Way West Airlines COP29 üçün zəruri materialların və avadanlıqların effektiv daşınmasını təmin edəcək. Bu vəzifə aviaşirkətin qlobal ekoloji məqsədlərə nail olması üçün verdiyi töhfəni bir daha vurğulayır.

Silk Way West Airlines üçün COP29 qlobal lider, innovator və siyasətçilərlə əməkdaşlıq edərək, öz ekoloji təşəbbüslərini irəli sürmək və davamlı logistikanın gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrdə iştirak etmək üçün unikal bir platformadır. Qlobal ticarətin kəsişməsində fəaliyyət göstərən bir şirkət kimi, Silk Way West Airlines öz ekoloji təsirini azaltmaq və yaşıl logistika həllərini inkişaf etdirməkdə önəmli rol oynayır. COP29-a qoşulmaqla aviaşirkət Bakıdakı strateji hab vasitəsilə Şərq və Qərbi birləşdirmək missiyasına əsasən aviasiya və logistika sektorlarında davamlı gələcəyi təşviq etmək vizyonunu davam etdirir.

Silk Way Group-un prezidenti Zaur Axundov qeyd etdi: "Qlobal Hava Yükdaşıma Partnyoru kimi xidmət göstərməkdən şərəf duyuruq. Davamlılıq Silk Way West Airlines fəaliyyətinin qəlbindədir və bu tərəfdaşlıq hava yükdaşıma sahəsində ətraf mühitə təsiri azaltmaq öhdəliyimizi təsdiq edir. Bu mühüm tədbirdə iştirak etməklə biz qlobal logistika sənayesi üçün daha yaşıl bir gələcəyə töhfə verməyi və Azərbaycanın ətraf mühit məqsədlərini dəstəkləməyi hədəfləyirik."

Silk Way West Airlines-ın davamlılıq strategiyasının əsas sütunlarından biri onun təyyarə parkının yenilənməsi planıdır, və ona əsasən 2030-cu ilədək səkkiz müasir təyyarə istifadəyə veriləcək. Bu təyyarələr arasında dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F yer alır, hansılar ki, tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına və əməliyyatların effektivliyinin artırılmasına kömək edəcək.

Silk Way West Airlines haqqında:

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Reklam hüququnda

Paylaş:
102

Son xəbərlər

Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18
Bütün xəbərlər