Dolu düşüb, leysan yağıb - Faktiki hava
Sentyabrın 24-ü saat 15:00-a olan məlumata əsasən Ağstafa, Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Şəki, Zaqatala, Balakən, Qax, Goranboy, Naftalan, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Ağdam, Şahdağ, İsmayıllı, Qəbələ, Göyçay, Qrız, Xınalıq, Beyləqanda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Ağdam rayonu Quzanlı kəndinə saat 13:08-13:10 radələrində diametri 8 mm olan dolu düşüb.
Qərb küləyi Zaqatalada (Əlibəy) 28 m/s, Daşkəsəndə 20 m/s, Naftalanda 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda 19 dərəcəyədək isti qeydə alınıb.