Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır

15:03 - 26 / 09 / 2024
Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır

Müsabiqənin əsas məqsədi istedadlı sahibkarların nailiyyətlərini tanımaq, onlara uğur hekayələrini bölüşmək və öz nümunələri ilə başqalarını motivasiya etmək imkanı verməkdir.

Ərizələrin qəbulu 26 sentyabr tarixində başlayır və 30 dekabr 2024-cü il tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar qeydiyyat ərizəsini doldurmaq üçün www.eoy.az saytına keçid edə bilərlər.

Azərbaycanda Proqram ABB-nın baş sponsorluğu və digər sponsorların dəstəyi ilə təşkil edilir.

Seçim meyarları:

· EY İlin İş Adamı proqramında Azərbaycanda fəaliyyət göstərən şirkətlər iştirak edə bilər;

· Namizədlər şirkətdə ən azı 20%-lik iştirak payına sahib olmalıdırlar;

· Namizədlər şirkətin fəaliyyətinə görə əsas məsuliyyəti daşımalıdırlar;

· Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır​;

· 2025-ci ilin yanvar ayına Şirkət ən azı iki il fəaliyyət göstərməlidir;

· Namizədlər əvvəlki iki il üzrə vergi nəticələrinin izlənilməsini təmin etmək qabiliyyətində olmalıdırlar;

· Namizədlər əvvəlki iki il üzrə maliyyə hesabatlarını təqdim etməlidirlər.

Qiymətləndirmə və müsahibələrin nəticələrinə əsasən münsiflər heyəti finalçıları və müvafiq nominasiyalar üzrə qalibləri, eləcə də milli qalibi müəyyən edəcəklər. Milli qalib Azərbaycanı beynəlxalq “Dünya üzrə İlin İş Adamı” (World Entrepreneur Of The Year®) müsabiqəsinin finalında təmsil edəcək. Milli mərhələnin qalibinin adı 2025-ci ilin əvvəlində keçiriləcək təntənəli mərasim zamanı açıqlanacaq. Beynəlxalq mərhələnin finalı isə 2025-ci iyun ayında Monakoda baş tutacaq.

Müsabiqə haqqında

EY İlin İş Adamı proqramı 40 ilə yaxındır ki, təsis edilib və öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyır.

Bu nüfuzlu və unikal proqram biznes fəaliyyətində innovativ ideyaları və müvəffəqiyyət qazanmaq əzmi ilə seçilən və cəmiyyətə müsbət təsir göstərən uğurlu iş adamlarına dəstək göstərmək məqsədi daşıyır.

Hər il iştirakçı ölkələrin hər birində ekspertlər və işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti finalçıları seçir və milli qalibi müəyyənləşdirir.

Azərbaycanda “EY İlin İş adamı” müsabiqəsi artıq altıncı ildir ki, keçirilir və sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyır. Proqram iştirakçılarının sayı hər il artır. Son 5 il ərzində müsabiqədə iştirak etmiş 60 sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı əldə edib.

Müsabiqə haqqında ətraflı məlumat və əlaqə nömrələri www.eoy.az saytında, eləcə də proqramın rəsmi Instagram və Facebook səhifələrində təqdim edilir.

Reklam hüququnda

Paylaş:
147

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər