Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıb

09:31 - 08 / 10 / 2024
Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,44 ABŞ dolları, yaxud 1,76 % artaraq 82,91 ABŞ dolları təşkil edib.

1news.az “Report"a istinadən xəbər verir ki, neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 80,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Paylaş:
147

Son xəbərlər

Bütün xəbərlər