Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıb

15:46 - 10 / 10 / 2024
Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb:

"Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib".

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər