FHN: Daha bir qanunsuz tikili sökülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Daha bir qanunsuz tikili sökülüb

14:44 - 25 / 10 / 2024
FHN: Daha bir qanunsuz tikili sökülüb

Ağcabədi Rayon İcra Hakimiyyəti Qaravəlli kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktını aşkar edərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Qeyd edək ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər