Nəsimi rayonunda mənzildən oğurluq edən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda mənzildən oğurluq edən şəxs saxlanıldı

Qafar Ağayev12:04 - 25 / 10 / 2024
Nəsimi rayonunda mənzildən oğurluq edən şəxs saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

1news.az xəbər verir ki, DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər