Türkiyə Cümhuriyyəti 101 yaşında… | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Cümhuriyyəti 101 yaşında…

Qafar Ağayev09:21 - 29 / 10 / 2024
Türkiyə Cümhuriyyəti 101 yaşında…

Bu gün Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümüdür.

1news.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarının komandanlığında 29 oktyabr 1923-cü ildə quruldu.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal etdilər.

Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verdi.

“Əhalisi əsasən türklərdən ibarət bölgələr türk sərhədi olaraq da qalmalıdır” fikrini əasa tutaraq, 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nəticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldu. İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı İmperatorluğu tarix səhnəsindən silindi, yerində yeni dövlət – Türkiyə adlı respublika quruldu.

29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və Ankaranın paytaxt olması bütün dünyaya elan edildi.

Paylaş:
167

Son xəbərlər

Bütün xəbərlər