COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub

Qafar Ağayev16:14 - Bu gün
COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub

COP 29 çərçivəsində Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunub.

1news.az xəbər verir ki, tədbir qlobal poçt sisteminin tənzimləyici və iştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiya və Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COP üzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyəti və Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu, eləcə də Azərbaycan Respublikasının yeganə milli poçt operatoru “Azərpoçt” MMC-nin iştirakı ilə keçirilib.

“Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət” mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yük emissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələri müzakirə olunub.

Qeyd edilib ki, son illər qlobal istixana qaz emissiyalarının 10%-i poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsilə göndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır.

Bu emissiyaları azaltmaq üçün poçt təşkilatları birgə yeni strategiyalar hazırlanmasının və əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bunun üçün qeyd olunub ki, ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır.
Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədr vəzifələrinin icraedicisi İsi Mustafayev qeyd edib ki, qurum bugünə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirmiş, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq etmişdir.

Tədbirdə həmçinin “Azərpoçt” MMC tərəfindən COP 29-a həsr olunmuş və COP 29-un missiyasına sadiq qalaraq yüz faiz təkrar emal olunmuş kağızdan hazırlanmış COP29 markası da tədbir iştirakçıları tərəfindən möhürlənib. Bununla da “Azərpoçt” MMC tədbirə həm əməli, həm də simvolik olaraq öz töhfəsini verə bildi.

Paylaş:
49

Son xəbərlər

“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilibBu gün, 18:45İqlim dəyişikliyi ilə mübarizə, əl işləri, Afrikalı uşaqlarının inkişafı - UNFCCC sərgilərindən REPORTAJ - FOTOBu gün, 18:20COP29-un Mavi və Yaşıl zonaları - “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır - FOTOBu gün, 18:02Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 97-ci ildönümüdürBu gün, 17:46Üçüncü kurs tələbəsi dəm qazından boğulubBu gün, 17:33Azərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblərBu gün, 17:28Mikayıl Cabbarov ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirdi - FOTOBu gün, 17:13Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 17:02ADY 1 həftə ərzində COP29-üçün qeydiyyatdan keçmiş 3000-dəmn çox sərnişin daşıyıbBu gün, 16:56PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirtdi - FOTOBu gün, 16:34COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunubBu gün, 16:14Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıbBu gün, 16:14Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edibBu gün, 15:49Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik edibBu gün, 13:38
Bütün xəbərlər