Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb - YENİLƏNİB 1

10:07 - 03 / 12 / 2024
Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb - YENİLƏNİB 1

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən 1news.az-a verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

09:31

Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

09:09

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Paylaş:
365

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər