Bakıda sıxlıq olan küçə və prospektlər
Bakının bir sıra yollarında tıxac yaranıb.
1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Y.Səfərov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Zərifə Əliyeva küçəsində;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.