Əsədin yeraltı həbsxanası: Görüntülər var, saxlanılanların yeri tapılmır
Suriyada rejimlə əlaqələndirilən və işgəncələri ilə tanınan Sednaya Həbsxanasında təhlükəsizlik kameralarında qeydə alınan, lakin hələ də tapılmayan məhbusların görüntüləri ciddi narahatlıq yaradıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şamı ələ keçirən rejim əleyhdarı qüvvələr, həbsxanada izləri tapılmayan məhbuslara çatmaq üçün xəritələr üzərindən binanın strukturunu anlamağa çalışır.
Müxalif nümayəndələr, bəzilərinin həbsxanada havalandırma çatışmazlığı səbəbindən "boğulma təhlükəsi ilə üzləşdiyini" bildirərək, məhbusların azad olunması üçün səylərin davam etdiyini vurğulayıblar.
Ehtimallara görə, təhlükəsizlik kameraları vasitəsilə müşahidə olunan 100 mindən çox məhbus yeraltı bağlı hüceyrələrdə saxlanılır. Şamda fəaliyyət göstərən müxalifət nümayəndələri, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırıb.
Bu dəhşətli vəziyyət insan hüquqları pozuntularını gündəmə gətirərək Sednaya Həbsxanasının ağır şəraitini bir daha ortaya qoyur.