Bakıda və Abşeron yarımadasında külək güclənib - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında külək güclənib - Faktiki hava

09:51 - 16 / 12 / 2024
Bakıda və Abşeron yarımadasında külək güclənib - Faktiki hava

Dekabrın 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər