Tovuzda məktəbdəki tüstülənməyə görə prokurorluq araşdırma aparırır - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda məktəbdəki tüstülənməyə görə prokurorluq araşdırma aparırır - YENİLƏNİB 2

15:26 - Bu gün
Tovuzda məktəbdəki tüstülənməyə görə prokurorluq araşdırma aparırır - YENİLƏNİB 2

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

15:07

****

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Son məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.

11:51

Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər