Ölkə ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb

14:33 - 30 / 12 / 2024
Ölkə ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Paylaş:
152

Son xəbərlər

Xaçmazda evdə yanğın olub

01 / 01 / 2025, 16:43
Bütün xəbərlər