Yaddan çıxıb təyyarədə qalan pişik “səyyah”a çevrildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Yaddan çıxıb təyyarədə qalan pişik “səyyah”a çevrildi - FOTO

Ayşən İsmayılova17:19 - Bu gün
Yaddan çıxıb təyyarədə qalan pişik “səyyah”a çevrildi - FOTO

Yeni Zelandiyada təyyarədə unudulan pişik 24 saat ərzində iki ölkə arasında 3 səfər edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeni Zelandiyadan köçən ailə 8 yaşlı pişikləri Mittens ilə birlikdə Avstraliyanın Melburn şəhərinə getmək üçün təyyarəyə miniblər. Bura qədər hər şey qaydasında getsə də, Avstraliyaya çatdıqdan sonra 3 saat gözləmələrinə baxmayaraq, yük bölməsindəki pişikləri onlara təhvil verilməyib.

Mittensin sahibi Marqo Neasın sözlərinə görə, o, hava limanının işçilərindən pişiklərinin niyə geri verilmədiyini soruşduqda məlum olub ki, Mittens yük anbarındakı əşyalara görə diqqətdən yayınıb və yenidən Yeni Zelandiyaya uçub.

Vəziyyət aydınlaşdırıldıqdan sonra məsul şəxslər pişiyi Melburna geri gətirərək sahiblərinə təhvil veriblər.

Sonda isə “The Air New Zealand” aviaşirkətinin sözçüsü Alişa Armstronq 24 saat ərzində Yeni Zelandiya ilə Avstraliya arasında üç dəfə uçan Mittensə görə ailədən üzr istəyib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər