Tramp prezidentliyi təhvil aldı: Dünya liderlərinin ilk reaksiyaları | 1news.az | Xəbərlər
Dünya

Tramp prezidentliyi təhvil aldı: Dünya liderlərinin ilk reaksiyaları

Qafar Ağayev11:50 - Bu gün
Tramp prezidentliyi təhvil aldı: Dünya liderlərinin ilk reaksiyaları

ABŞ-da keçirilən seçkilərdə qələbə qazanan Donald Tramp and içərək Co Baydendən prezidentlik kreslosunu rəsmi olaraq təhvil aldı.

1news.az xəbər verir ki, Dünya liderləri Trampın ikinci müddətini təbrik etdilər.

Rusiya: yeni hökumətlə dialoqa açığıq

Bu liderlər arasında Rusiya Prezidenti Vladimir Putin də yer aldı. Kreml tərəfindən verilən açıqlamaya görə, Putin Trampın müharibəni bitirmək barədə açıqlamalarını məmnuniyyətlə qarşılayıb. “Ukrayna məsələsində yeni hökumət ilə dialoqa açığıq” deyə qeyd edib. Krizin əsas səbəblərinin aradan qaldırılmasını ən mühüm amil olaraq vurğulayıb.

İngiltərədən xüsusi məktub

Böyük Britaniya Kralı III Çarlz, Trampa xüsusi məktub göndərib. Buckingham Sarayının verdiyi açıqlamaya əsasən, Kral Çarlz İngiltərə və ABŞ arasındakı daimi xüsusi əlaqədən danışıb. Bənzər mesajlar İngiltərə Baş naziri Keyr Starmer tərəfindən də çatdırılıb.

Ukrayna: Qlobal problemlər üçün ümid

Ukrayna Prezidenti Volodimir Zelenski isə Trampın prezidentliyini “qlobal problemlər də daxil olmaqla bir çox məsələlərin həlli üçün ümid” kimi qiymətləndirib.

Almaniyadan Avropa İttifaqı mesajı

Almaniya Kansleri Olaf Şolts Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib. Mesajında Avropa İttifaqını vurğulayıb. Şolts, “27 üzv və 400 milyondan çox əhalisi olan Avropa İttifaqı olaraq güclü bir birliyik” ifadələrini işlədib.

İtaliyadan dostluq vurğusu

İtaliya Baş naziri Giorgia Meloni də Trampı vəzifəsində uğurlar arzulayıb. İtalyan lider iki ölkə arasındakı dostluğa toxunub. Əməkdaşlığı gücləndirməyə davam edəcəklərini bildirib. Meloni də Trampın andiçmə mərasiminə dəvət alan liderlər arasında olub.

İsveç: Səbirsizliklə gözləyirik

İsveç Baş naziri Ulf Kristersson, “İsveç, ABŞ ilə yaxın əməkdaşlığın davam etməsini səbirsizliklə gözləyir” ifadələrini işlədib. Hollandiya Baş naziri Dik Şoof isə NATO-nu vurğulayıb. İki ölkənin sıx əməkdaşlıq etdiyini bildirib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər