Bakıda klinikanın ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda klinikanın ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Qafar Ağayev12:38 - 14 / 02 / 2025
Bakıda klinikanın ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Bakıda klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olunub.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.

Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.

Paylaş:
599

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər