11 dərəcə şaxta, güclü külək - Faktiki hava açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

11 dərəcə şaxta, güclü külək - Faktiki hava açıqlandı

09:49 - Bu gün
11 dərəcə şaxta, güclü külək - Faktiki hava açıqlandı

Martın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Şəkidə 15 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərərcəyədək isti , Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər