Övladına işgəncə verən ana saxlanılıb, cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Övladına işgəncə verən ana saxlanılıb, cinayət işi başlanılıb

13:38 - 05 / 03 / 2025
Övladına işgəncə verən ana saxlanılıb, cinayət işi başlanılıb

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Paylaş:
170

Son xəbərlər

Bütün xəbərlər