Sınaq imtahanındakı test tapşırıqlarının doğru cavabları açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sınaq imtahanındakı test tapşırıqlarının doğru cavabları açıqlandı

14:36 - 17 / 03 / 2025
Sınaq imtahanındakı test tapşırıqlarının doğru cavabları açıqlandı

Martın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları elan olunub.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, hazırda imtahan materiallarının emalına başlanılıb. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur.

2025-ci il martın 16-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər