Həyətdə saxlanılan ambulanslar niyə istifadə olunmur? – Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətdə saxlanılan ambulanslar niyə istifadə olunmur? – Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

Qafar Ağayev17:38 - Bu gün
Həyətdə saxlanılan ambulanslar niyə istifadə olunmur? – Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə bir neçə təcili tibbi yardım avtomobilinin istifadəsiz vəziyyətdə həyətdə saxlanıldığına dair görüntülər yayılıb.

Bu kadrlar cəmiyyətdə suallar yaradıb və müzakirələrə səbəb olub. İnsanlar avtomobillərin nə üçün istismardan çıxarıldığını və onların gələcək taleyi ilə bağlı hər hansı tədbirin görülüb-görülmədiyini öyrənmək istəyirlər.

Bəs görəsən bu avtomobillər hansı səbəbdən hansı səbəbdən istifadə edilmir?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin bir sıra stansiya və bölmələrinin həyətində istifadədən kənarda olan ambulanslar mövcuddur.

“Qeyd edək ki, ölkə üzrə təcili tibbi yardım stansiyalarında monitorinq aparılır. Bu proses çərçivəsində bir sıra bölmələrin həyətində park edilmiş və istifadədən çıxarılmış ambulansların balansdan silinməsi istiqamətində işlərə başlanılıb. Artıq 76 ədəd sanitar avtomobilin balansdan çıxarılması üçün müvafiq quruma müraciət olunub və təhvil-təslim prosesi davam etdirilir. Bundan əlavə, bəzi ambulanslar da texniki xidmət göstərilməsi məqsədilə şəhər və rayon üzrə tibb müəssisələrinə təhvil veriləcək”.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər