Sumqayıtda turşu sirkəsi içən qadın ölüb

Sumqayıtda bilməyərəkdən sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.
1news.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.
1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.
Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
103