Bu ilin ilk Günəş tutulması başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin ilk Günəş tutulması başlayıb

Qafar Ağayev13:16 - 29 / 03 / 2025
Bu ilin ilk Günəş tutulması başlayıb

Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

1news.az Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən xəbər verir ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.

Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

Paylaş:
163

Son xəbərlər

Bütün xəbərlər