DİM rəsmisi: Ötən il imtahanları yoxlayanlara 1 milyon manatdan çox əmək haqqı ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM rəsmisi: Ötən il imtahanları yoxlayanlara 1 milyon manatdan çox əmək haqqı ödənilib

Qafar Ağayev11:35 - 08 / 04 / 2025
DİM rəsmisi: Ötən il imtahanları yoxlayanlara 1 milyon manatdan çox əmək haqqı ödənilib

“2024-cü ildə keçirilən bütün imtahanları yoxlayan markerlərə bir milyon manatdan çox əmək haqqı ödənilib”.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün mediaturda jurnalistlər üçün açıqlamasında Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

Onun sözlərinə görə, həmin dövrdə markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçiriblər.

Paylaş:
157

Son xəbərlər

Bütün xəbərlər