Alyaska yaxınlığında Rusiyaya məxsus hərbi təyyarə görülüb

NORAD, Alyaska sahilləri yaxınlığındakı beynəlxalq hava məkanında Rusiyaya məxsus hərbi təyyarənin aşkarlandığını bildirib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ və Kanadanın Şimali Amerikanın hava məkanının müdafiəsi sahəsində birgə fəaliyyət göstərən qurumu – Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) açıqlama verərək, Rusiyaya məxsus hərbi təyyarənin Alyaskanın Hava Hücumundan Müdafiə Tanınma Bölgəsində (ADIZ) aşkarlanaraq müşahidəyə alındığını bildirib.
Açıqlamada, “Rus hərbi təyyarəsi ABŞ və ya Kanadanın hava məkanına daxil olmayıb, beynəlxalq hava məkanında qalıb” ifadəsi yer alıb və Rusiyanın ADIZ bölgəsindəki fəaliyyətlərinin "müntəzəm olaraq baş verdiyi və təhdid kimi qiymətləndirilmədiyi" qeyd olunub.
Bildirilib ki, NORAD-ın Şimali Amerikanı qorumaq üçün "bir sıra müdaxilə variantlarına hazır olduğu" da vurğulanıb.