Ramzan Kadırov vəzifəsindən azad olunmaq istəyir | 1news.az | Xəbərlər
Dünya

Ramzan Kadırov vəzifəsindən azad olunmaq istəyir

17:06 - Bu gün
Ramzan Kadırov vəzifəsindən azad olunmaq istəyir

Ramzan Kadırov Çeçenistan rəhbərliyindən ayrılmaq istədiyini açıqlayıb

1news.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov "Çeçnya Segodnya" informasiya agentliyinə verdiyi müsahibədə vəzifəsindən azad olunmaq istədiyini bildirib.

Kadırov bu fikirləri onun istefaya göndərilməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən səsləndirib. O, jurnalistlərlə söhbətində özünün mümkün varisi barədə də danışaraq, rəhbərliyin yenilənməsinin zəruriliyini vurğulayıb.

"Özüm bu qərarı verirəm – istəyirəm ki, məni vəzifəmdən azad etsinlər. Yeni rəhbərin öz baxışları, öz təşəbbüsləri olacaq. Ümid edirəm ki, bu istəyim anlayışla qarşılanacaq və dəstəklənəcək", – deyə Kadırov qeyd edib.

O, bu müraciətini konkret olaraq kimə ünvanladığını açıqlamasa da, istəklərinin ciddi olduğunu vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl də Kadırovun səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilmişdi. O isə bu iddiaları əsassız adlandıraraq, internetdə onun barəsində tez-tez uydurma xəstəliklər yayılmasından gileylənmişdi.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər