"Japan Tobacco International" şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Japan Tobacco International" şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

19:08 - Bu gün
"Japan Tobacco International" şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

"Japan Tobacco International" şirkəti ilə Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin "Japan Tobacco International" şirkətinin baş icraçı direktoru Eddi Pirard ilə görüşüb.

Qonağa ölkəmizin əlverişli iqtisadi imkanları, biznes mühiti, həmçinin sənaye sahələrinin inkişaf perspektivləri və istehsalın lokallaşdırılması tədbirləri barədə məlumat verilib.

Tərəflər şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi, Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanlarını müzakirə ediblər.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər