FHN: Ötən həftə 44 nəfər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən həftə 44 nəfər xilas edilib - VİDEO

11:11 - 12 / 05 / 2025
FHN: Ötən həftə 44 nəfər xilas edilib - VİDEO

Ötən həftə 156 yanğına çıxış olub, 2 nəfər tüstüdən zəhərlənib.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirlib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
158

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər