Şərurda Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədov dəfn edilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Şərurda Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədov dəfn edilib - YENİLƏNİB 1

11:35 - Bu gün
Şərurda Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədov dəfn edilib - YENİLƏNİB 1

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovla Sədərək rayonunun Dəmirçi kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın yerli bürosunun məlumatına görə, M.Məmmədovun nəşi Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10:11

Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovun meyitinin qalıqları Sədərək rayonuna gətirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi Şərurda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. O, 1994-cü il yanvarın 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

M.Məmmədov Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

08:57

Azərbaycan ordusunun 31 il öncə şəhid olmuş hərbi qulluqçusunun nəşi el-obasına gətirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq mayın 16-da Naxçıvana gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə yaylım atəşi açılıb, Qurandan ayələr oxunub və şəhidin cənazəsinin önündən keçilib.

Şəhid doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər