May ayı üzrə pensiya ödənişi yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

May ayı üzrə pensiya ödənişi yekunlaşıb

15:19 - Bu gün
May ayı üzrə pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər