Qubada narkotiklə bağlı iki nəfər tutulub

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan 1news.az-a verilən məlumata görə, əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.
82