Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb

Qafar Ağayev09:04 - 10 / 06 / 2025
Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər