43 mindən çox şagird elektron yerdəyişmə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

43 mindən çox şagird elektron yerdəyişmə edib

Qafar Ağayev12:00 - Bu gün
43 mindən çox şagird elektron yerdəyişmə edib

2024-2025-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 43 777 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Bu barədə 1news.az-a BŞTİ-dən məlumat verilib.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər