Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB

17:52 - 02 / 07 / 2025
Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB

Şabran rayonu, Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılb.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

****

16:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər