Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb

16:05 - 21 / 07 / 2025
Paytaxtın daha 3 ünvanında minib-düşmə yeri yaradılıb

AYNA tərəfindən daha 3 ünvanda minib-düşmə yeri yaradılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Paylaş:
578

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər