İyulun pensiya ödənişi yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyulun pensiya ödənişi yekunlaşıb

14:25 - 22 / 07 / 2025
İyulun pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə 1news.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Paylaş:
269

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər