“Azərxalça”nın xalçaları yaxın gələcəkdə Vyetnamda sərgilənəcək - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Azərxalça”nın xalçaları yaxın gələcəkdə Vyetnamda sərgilənəcək - FOTO

Qafar Ağayev14:15 - Bu gün
“Azərxalça”nın xalçaları yaxın gələcəkdə Vyetnamda sərgilənəcək - FOTO

Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında da bildirildiyi kimi iyul ayının sonunda Bakı şəhərində 3-cü “Vyetnam Günləri” təşkil olundu.

“Azərxalça” ASC-dən 1news.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsidir.

Bu məqsədlə də gələn xarici qonaqlara ilk növbədə Azərbaycanın milli mənəvi sərvəti, əsl Azərbaycan qadınlarının göz nuru, əl əməyinin məhsulu, 100% təbii məhsullardan hazırlanan Azərbaycan xalçaları nümayiş olunub. Azərbaycanın ən böyük xalça istehsalçısı “Azərxalça” ASC- nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda baş tutan görüşdə qurumun İdarə heyətinin sədri Emin Məmmədov başda olmaqla yaradıcı heyət, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə və Trinh Thi Thu Hanın başçılıq etdiyi tədbir üçün Bakıya gələn qrup nümayəndələri iştirak edib.

Qonaqlara Azərbaycan xalçalarının tarixi, keçdiyi inkişaf yolu və müasir dövrü haqqında geniş məlumat verilib.

“Azərxalça” ASC- də istehsal olunan yun və ipəkdən ənənəvi və müasir üslubda toxunan xalçalar qonaqların marağına səbəb olub. Bundan əlavə qonaqlar xalça toxuma prosesində iştirak ediblər, ilmə atmağı öyrəniblər. Xalça toxunmasında iştirak edən hər bir kəsə “Azərxalça” ASC sədri Emin Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.

Görüş zamanı həmçinin yaxın gələcəkdə Vyetnamda baş tutacaq əsl Azərbaycan xalçalarından ibarət sərginin detalları da müzakirə olunub.

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər