Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

Şəhid ailəsi üzvləri üçün Müəllimlərin İşə Qəbul imtahanı üzrə vakansiya seçiminin nəticələri açıqlanıb.
Bu barədə 1news.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 26-27 iyul tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 32 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
84