Yanvar-iyul aylarında ölkədə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yanvar-iyul aylarında ölkədə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

Qafar Ağayev13:29 - Bu gün
Yanvar-iyul aylarında ölkədə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, uqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artıb.

ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7076,9 manata bərabər olub.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər