Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

16:18 - Bu gün
Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər