Heydər Əliyev Hava Limanında taksilərə məhdudiyyət olacaq? – Rəsmi cavab | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Hava Limanında taksilərə məhdudiyyət olacaq? – Rəsmi cavab

10:21 - 04 / 09 / 2025
Heydər Əliyev Hava Limanında taksilərə məhdudiyyət olacaq? – Rəsmi cavab

Son günlər sosial şəbəkələrdə 8 sentyabrdan etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi çağırışına məhdudiyyətlərin tətbiq olunacağı barədə məlumatlar geniş yayılıb.

İddialara görə, sərnişinlər hava limanına gələ biləcək, lakin oradan adi taksilərlə deyil, yalnız “London taksiləri” ilə çıxa biləcəklər.

1news.az vətəndaşların narahatlığını və məsələnin aktuallığını nəzərə alaraq, rəsmi mövqe öyrənmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidməti ilə əlaqə saxlayıb.

Hava limanının nümayəndələri bildiriblər ki, hazırda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini yüksəltmək məqsədilə taksi sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
“Hava limanı ərazisinə taksilərin giriş-çıxışına heç bir məhdudiyyət tətbiq edilmir. Əgər hər hansı dəyişiklik nəzərdə tutulsa, ictimaiyyət bu barədə vaxtında və rəsmi şəkildə məlumatlandırılacaq” - deyə açıqlamada qeyd olunub.

Faiqə Məmmədova

Tərcümə: Qafar Ağayev

Paylaş:
461

Son xəbərlər

Qaxda kafe yanıb

Bu gün, 15:30
Bütün xəbərlər