Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub, yaralılar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub, yaralılar var

10:02 - Bu gün
Şəmkirdə təcili yardım və minik avtomobilləri toqquşub, yaralılar var

07.09.2025-ci il tarixində saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu haqda TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər