Naxçıvan, Bakı, Sumqayıt və Abşeron üzrə avqust ayının pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan, Bakı, Sumqayıt və Abşeron üzrə avqust ayının pensiyaları ödənilib

11:40 - Bu gün
Naxçıvan, Bakı, Sumqayıt və Abşeron üzrə avqust ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə 1news.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər