Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncə verməkdə ittiham olunan xala həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncə verməkdə ittiham olunan xala həbs olunub

12:21 - Bu gün
Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncə verməkdə ittiham olunan xala həbs olunub

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.

1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər