Azərbaycan Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
1news.az Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir ki, memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir.
74